Ermənistandan daxil olan 91 faiz avtomobilin yoxlanmasının səbəbi... – Şərh

Siyasət
13:03 / 21.01.2022
663
"Dünən
Laçın dəhlizi ilə bağlı cənab Prezidentin dediklərinə cavab olaraq Zaxarovanın
şərhi ilə tanış olduq. Belə çıxır ki, doğrudan da oradakı bəzi dairələr hələ də
sülhməramlıların hansı səlahiyyətlərə malik olmaları haqqında biliklərə malik
deyil”.
Sfera.az
bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun
sözlərinə görə, sülhməramlılar beynəlxalq standartlara görə həmişə təhlükəsizliyə
cavabdeh olmalıdırlar:
"Onların
fəaliyyət göstərdikləri ərazi isə Azərbaycan ərazisidir. Adıçəkilən qruplar
gömrük - keçid və sərhəd - keçid məntəqəsinin funksiyalarını həyata keçirə bilməzlər.
Sülhməramlılar Ermənistandan Qarabağa yerli ermənilərin gəliş - gedişini təmin
edir və ancaq buna görə məntəqədə yoxlama - keçid məntəqəsi qurublar. Xarici vətəndaşların
Azərbaycandan icazəsiz bölgəni ziyarət etmələri təxribat və beynəlxalq hüququn
pozulmasıdır.
Turan
Rzayev