Hadisə ailə qurmağa hazırlaşır: 3 milyonluq üzüklə evlilik təklifi - FOTOLAR

12:06 / 21.01.2022
726
Türkiyəli müğənni Hadisə evlənməyə hazırlaşır.
Sfera.az bildirir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında paylaşım edib. O, sevgilisi Mehmet Dinçerlerin evlilik təklifini sevənləri ilə bölüşüb. Şərh bölümünə "Hekayəmiz indi başlayır" yazan Hadisənin üzüyü isə diqqət çəkib. Belə ki, üzüyün 3 133 280 lirə (təxminən 393 226 manat) dəyərində olduğu bəlli olub.
Xatırladaq ki, Hadisənin sevgilisi "Gloria Jean's Coffees"in sahibidir. Hadisə onunla aktyor Kaan Yıldırımdan ayrıldıqdan sonra eşq yaşamağa başlayıb.
Türkan
Sfera.az