Türkiyənin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət etdi

Siyasət
17:00 / 20.01.2022
1429
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və diplomatik nümayəndəliyin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Sfera.az xəbər verir ki, şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.
"Səfirliyimizin heyəti ilə birlikdə şəhidlərimizin məzarını ziyarət etdik, qərənfil düzdük. Onları unutmayacağıq. Şəhidlərimizə rəhmət diləyirik”, - səfir tviterdə yazıb.