AB-nin xüsusi nümayəndəsi Bakıya gəlir - Səbəb

AB-nin xüsusi nümayəndəsi Bakıya gəlir - Səbəb
"Toyvo Klaarın Azərbaycana səfər etməsi təsadüfi deyil. Aydın məsələdir ki, təşkilat yenidən Cənubi Qafqazda aktiv siyasi rol almaq istəyir. AB başa düşür ki, 44 günlük müharibə zamanı sərgilənən antiAzərbaycan siyasəti yanlış və mənasız idi. Buna görə də Toyvo Klaar Azərbaycana səfər edərək Ermənistan-Azərbaycan danışıqlarında konstruktiv təkliflər ilə çıxış edə biləcəyini göstərməyə çalışır”.
 
Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Azərbaycana səfər etməsini şərh edərkən deyib.
 
Onun sözlərinə görə, Toyvo Klaarın Azərbaycana səfər etməsi rəsmi Parisin də maraqlarına uyğundur:

"Məsələ ondadır ki, 44 günlük müharibə sonrası regionda marağı olan iki aktor AB və ABŞ regiondan uzaqlaşdı. Əvəzində isə Rusiya mövqeyini gücləndirdi Türkiyə isə Kremllə birlikdə proseslərdə iştirak etməyə başladı. AB-in indiki halda proseslərdən kənarda qalması rəsmi Parisin də marağına uyğun deyil. Təsadüfi deyil ki, Brüsseldə keçirilən üçlü görüş ittifaqın regiona qayıtmaq istədiyini göstərir. 
 
Paşinyan Brüssel görüşündə Zəngəzurdan keçəcək dəmir yolunu elan etdi. Bu da təsadüfi deyildi. Aydın məsələdir ki, Paşinyanı dəstəkləyən AB və rəsmi Paris bununla faktiki olaraq prosesə qayıdacaqları təqdirdə tərəflər arasında uzlaşmanı təmin edə biləcəyini göstərməyə çalışır.
 
Bir müddət sonra öncə Fransa səfiri gözlənilmədən işğaldan azad edilən Ağdama səfər edir və burada gördüklərindən təəssüf keçirdiyini bildirdi. Rəsmi İrəvanın da bu səfərə səssiz qalması onu göstərir ki, Ermənistan tərəfi də AB-nin regiona qayıtmasında maraqlıdır. Nəticə etibarilə deyə bilərəm ki, indiki halda həm Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Azərbaycana səfər etməsi, həm də AB-nin prosesə qayıtmasında heç bir məneə yoxdur. İttifaq konstruktiv yanaşma sərgiləyəcəyi təqdirdə prosesə qayıtması mümkündür”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR