ABŞ-dan girovlarla bağlı açıqlama

ABŞ-dan girovlarla bağlı açıqlama

ABŞ-ın Ermənistandakı səfirliyi İrəvanda baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bəyanatda girov götürülmüş tibb işçilərinin dərhal azadlığa buraxılması tələb olunur: "Biz bütün tərəfləri maksimal təmkin nümayiş etdirməyə, qanun çərçivəsində hərəkət etməyə və vəziyyətin sülh yolu ilə həll edilməsinə sadiq qalmağa çağırırıq. Xüsusən, KİV-də tibb işçilərinin girov saxlanması ilə bağlı xəbərlər narahatlıq doğurur. Belə davranışlar qəbuledilməzdir və əgər məlumat həqiqəti əks etdirirsə, biz bu şəxslərin dərhal azad edilməsinə çağırırıq”.

 

Qeyd edək ki, Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayan "Sasna çrer" silahlı qruplaşmasının üzvləri bir qrup tibb işçisini girov götürüb. Onlar səhiyyə naziri Armen Muradyanın cərrah briqadası ilə Polis şöbəsinin binasına gələcəyi təqdirdə, tibb işçilərini buraxacaqlarını bildiriblər. Səhiyyə naziri A. Muradyan binaya daxil olmaq istəsə də, polis buna icazə verməyib



OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...