Mənzillər 4 faizə yaxın bahalaşıb

İqtisadiyyat
11:39 / 20.01.2022
619
Ötən il Azərbaycanda mənzil bazarında qiymətlərdə 3,8 faiz artım qeydə alınıb.
Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, daha yüksək bahalaşma təkrar mənzil bazarında müşahidə olunub. Burada illik qiymət artımı 3,8 faiz təşkil edib. İlk dəfə satışa çıxarılan mənzillərin bazarında isə qiymət artımı 3,4 faiz olub.
Mənzil bazarında qiymət artımları 2021-ci ilin son aylarında bir qədər də güclənib. Belə ki, ötən ilin 4-cü rübündə 2020-ci ilin 4-cü rübünə nisbətən bahalaşma sürəti 5,4 faiz, o cümlədən təkrar bazarda 5,4 faiz, ilkin bazarda 5,6 faiz olub.
Ötən il mənzillərin bahalaşma sürətinin güclənməsi yeni istifadəyə verilən mənzillərin ümumi sahəsinin azalması və məcmu tələbin artması ilə bağlıdır.
2021-ci ildə 2 milyon kvadrat metrə yaxın yaşayış evləri istifadəyə verilib. Bu göstərici ötən illə müqayisədə 2 dəfədən də azdır. Deməli, ötən il ilkin bazarda təklifin xeyli azalması baş verib və nəticədə məcmu tələbin də artması ilə qiymətlərdə yüksəlmə qeydə alınıb.
Vasif
Sfera.az