"Türkiyə Rusiyanın "damarını tutmağı" yaxşı bacarır" - Dünyanı təhdid edən müharibə ehtimalı yoxa çıxır?

"Rusiya və Ukrayna arasında ən real vasitəçi məhz Ankaradır. Çünki Türkiyənin hər iki tərəflə yaxşı münasibətləri var'.

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Müsahibimiz xatırladıb ki, Qərb, o cümlədən ABŞ rəsmiləri, az qala, hər gün Rusiyaya xəbərdarlıq edir, müharibə başlayacağı təqdirdə ağır sanksiyalar tətbiq edəcəklərini deyirlər:

"Bu isə, Rusiyanı çəkindirir. Əks halda, bəlkə də, çoxdan Rusıya Ukraynaya hücuma keçmişdi. Türkiyə NATO dövləti olmaqla yanaşı, həm də Qərbin regiondakı təmsilçisidir. Böyük ehtimalla, Moskva Ankara ilə münasibətlərini yaxşı saxlamaq, həmçinin onun vasitəçilik təşəbbüsünə "hə" deməklə, Qərbdən gələ biləcək təhdidlərin qarşısını almaq istəyir. Bu mənada Türkiyənin Rusiya üçün bir növ "qalxan" rolunu oynaya biləcəyini desək, yəqin, yanılmarıq. 

Türkiyənin vasitəçiliyi təkcə Rusiyanın yox, Ukrayna və Qərbin də ürəyincədir. Çünki Avropa hər nə qədər Kiyevin yanında olduğunu desə də, Ukraynanın Rusiya ilə müharibə aparacaq gücü yoxdur. Birdən-birə geri çəkilmək isə Vladimir Zelenski hakimiyyətinə qarşı daxili narazılıqlara səbəb ola bilər. Bu mənada Ankaranın işə qarışması Kiyev üçün "göydən düşmədir". Qərb isə bilir ki, Türkiyə Rusiyanın "damarını tutmağı" yaxşı bacarır. İkinci Qarabağ müharibəsindən sonrakı dövr də bunu göstərdi».

K.Novruzov qeyd edib ki, Türkiyənin vasitəçilik missiyası savaş ehtimalını xeyli aşağı salacaq:

"Hətta güman etmək olar ki, qardaş dövlət tərəflər arasında kompromisə nail ola bilər. Bu isə dediyimiz kimi, indiki halda bütün tərəflər üçün arzuolunandır. Çünki genişmiqyaslı hərbi əməliyyatların başlanması nəinki iştirakçılar, dünya üçün ciddi təhlükə vəd edir. Deməli, yaxın gələcəkdə Türkiyənin proseslərdə daha da fəallaşması gözləniləndir'.

Xatırladaq ki, ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Rusiya-Ukrayna məsələsi ilə bağlı Ankaranın vasitəçiliyini təklif etmişdilər. Onlar bildirmişdilər ki, Türkiyə sabitlikdə, məsələlərin diplomatik yolla həllində maraqlıdır. Kreml sözçüsü Dmitri Peskov isə Türkiyənin vasitəçilik təşəbbüsünə mənfi yanaşmadıqlarını söyləmişdi: "Biz heç bir dövlətin vasitəçiliyinə etiraz etmirik".

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...