Almaniya Ukraynaya silah satışını müzakirə edir: fikirlər haçalanır...

Almaniya Ukraynaya silah satışını müzakirə edir: fikirlər haçalanır...
Almaniya hökuməti daim Ukraynaya silah ixrac etməyəcəyini təkrarlasa da, müxtəlif partiyaların nümayəndələri müdafiə üçün bu ölkəyə silah verilməli olduğuna tərəfdar çıxırlar.

Sfera.az xəbər verir ki, Federal Parlamentin Müdafiə Komissiyasının sədri və Azad Demokrat Partiyasının (FDP) deputatı Mari Aqnes Strak Zimmermann mediaya açıqlamasında Ukrayna üçün müdafiə silahlarının alınmasına baxılmasını tələb edib və qeyd edib ki, bu silahlar aydın şəkildə müəyyən edilməlidir.
Strak Zimmermann koalisiya protokolunun böhran bölgələrinə silah satmamağı ehtiva etdiyinə işarə edərək "Mövcud vəziyyəti və Avropa qitəsinin təsirini nəzərə alaraq bunu yenidən nəzərdən keçirməliyik",-deyə bildirib.

FDP-nin xarici siyasət sözçüsü Aleksandr Graf Lambsdorf  da açıqlama verib. O, Ukraynaya qoruyucu jiletlər,dəbilqələr və gecə görmə durbinləri kimi avadanlıqların ixrac oluna biləcəyini, silah satışından isə imtina etdiyini bildirib.

Almaniyada Müharibə Silahlarına Nəzarət Qanunu və Xarici Ticarət Qaydasının müharibə, böhran və gərginlik olan bölgələrə silah satışını qadağan etdiyini xatırladan Lambsdorf, Ukraynanın da silah və hərbi texnika istehsal edib satdığını, ona görə də bu ölkənin silaha ehtiyacı olmaya biləcəyini söyləyib. 
Ana müxalifətdəki Xristian Demokratik Birlik Partiyasının (CDU) deputatı Henniq Otte isə "Bild” qəzetinə açıqlamasında bildirib ki, Ukrayna Rusiyanın mümkün hücumuna müqavimət göstərmək üçün müdafiə silahları istəyirsə, bu tələb geri çevrilməməlidir.Otte qeyd edib ki, zenit raketləri sözügedən müdafiə silahları arasında ola bilər.

Ukraynanın Berlindəki səfiri Andrij Melnik Almaniya Xəbər Agentliyinə verdiyi açıqlamada Almaniyadan döyüş gəmiləri və hava hücumundan müdafiə sistemi istədiklərini bildirib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz və xarici işlər naziri Annalena Baerbok dünənki bəyanatlarında Ukraynaya silah satmaqdan imtina ediblər.
 
Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...