Banklar dolları niyə limitlə satır? – “Buna ehtiyac yoxdur…”

Banklar dolları niyə limitlə satır? – “Buna ehtiyac yoxdur…”
Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Hazırda "Brent” markalı neftin bir barreli 88,42 dollara, yüngül neftin bir barreli 86,44 dollara, "Azəri Layt” markalı neftin bir barreli isə 90,56 dollara təklif olunur. "Azəri Layt” markalı neftin bir barrelinin 90 dolları keçməsi vətəndaşlar arasında haqlı bir sualı ortaya çıxarır - Banklar dolları nə üçün hələ də limitlə verir?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütövlükdə kommersiya banklarının xarici valyutaya limit müəyyənləşdirməsinə ehtiyac yoxdur.

"Valyuta bazarı liberal olmalıdır. Bu valyutanın alqı-satqısında da belə olmaldır. Hazırda bazarda xarici valyutaya tələb çoxdur. Bu da normaldır. Çünki adətən yanvar-dekabr aylarında ixrac-idxal məsələlərini də nəzərə alsaq xarici valyutaya, xüsusən də dollara tələbat artır. Lakin ümumi yanaşdıqda bankların xarici valyutaya limit tətbiq etməsi doğru deyil. Bu baş versə belə banklar bunun səbəbini izah etməlidir. Xarici valyutanın alqı-satqısının həyata keçrilməsi liberal şəkildə baş verməlidir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...