Mikayıl Cabbarov: "Adambaşına ÜDM istehsalı 5 452 dollara yüksəlib"

Mikayıl Cabbarov:
Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən həcmi 5 452 dollara yüksəlib. Bu məbləğ 2019-cu ildə qeydə alınan göstəricidən 590 dollar çoxdur.
 
Sfera.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında bildirib. Nazir deyib ki, Azərbaycanda tətbiq olunan iqtisadi artım modeli əhalinin sosial rifahına əhəmiyyətli təsir göstərir: 
 
"Ötən il ölkəmizdə adambaşına ÜDM 5 452 dolları üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollaradək çoxdur”.
Azərbaycanda 2019-cu ildə adambaşına düşən ÜDM 4 864 dollar, 2020-ci ildə 4 272 dollar olmuşdu.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR