Rusiya və İran prezidentlərinin danışıqlarının gündəliyi AÇIQLANDI

Rusiya və İran prezidentlərinin danışıqlarının gündəliyi AÇIQLANDI
"Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi hər iki ölkəni maraqlandıran bir çox mühüm məsələləri müzakirə edəcəklər”.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Görüşün çox hissəsi Rusiya-İran münasibətlərinə həsr olunacaq. Gündəm çox genişdir. Hər iki tərəfi maraqlandıran mühüm məsələlər var”, - o bildirib.

Qeyd edək ki, İ.Rəisi Moskvada səfərdədir. Onun bu gün rusiyalı həmkarı ilə görüşəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR