“Dövlət tərəfindən yaradılan şərait faydasını vermədi” - Deputat

“Dövlət tərəfindən yaradılan şərait faydasını vermədi” - Deputat
Prezident İlham Əliyev "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

Belə ki, müvafiq dəyişikliklə pay torpağına sahib şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və onlara minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Bundan başqa, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.
Maraqlıdır, sözügedən dəyişiklik bölgələrdə işsizlik probleminin həlli üçün nə qədər effektiv ola bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev torpaqdan istifadənin infilyasiyaya ciddi mənada əks təsir göstərəcəyini və ərzaq məhsullarının qiymətinin ucuzlaşa biləcəyini deyib:

"Biz qida təhlükəsizliyi ilə əlaqədardır ki, çoxdandır addımlar atırıq. Əsas problem regionda yaşayan insanların pay torpaqlarında, xüsusilə həyətyanı sahələrdə işləməyə həvəsinin olmaması idi. Bəzi insanlarda kənd təsərrüfatında işləmək məsələsinə qarşı ətalət var. Bu da müəyyən problemlər yaradır. Biz gözləyirdik ki, pay torpaqlarının verilməsi ilə bu problemin həlli mümkün olacaq. Əfsuslar olsun ki, dövlət tərəfindən yaradılan şərait faydasını vermədi və regionlarda yaşayan insanların kənd təsərrüfatına marağı artmadı. Həmin torpaqlardan istifadə sosial problemlərin, işsizliyin həlli üçün müsbət hal olardı. Bundan başqa bu, infilyasiyanın belini qıra bilərdi və bolluq nəticəsində məhsulların qiyməti daha aşağı olardı. Ona görə son addımı xüsusilə dəstəkləyirəm. Düşünürəm ki, insanların bununla torpaqla işləmək həvəsi daha da artacaq”.  

Deputat regionlarda kənd təsərrüfatı mütəxəsisslərinin çatışmadığını, paytaxtda isə adi işlərə üz tutaraq insanların az qazandığını bildirib:

"Əfsuslar olsun ki, bu problem tək Azərbaycana  məxsus deyil. Belə ki, bütün dünyada mövcud urbanizasiya məsələsi də bu problemin kökündə dayanır. Belə ki, şəhərdə iş tapmaq daha rahatdır, qazanc yüksəkdir və komfort həyat var. Bu səbəblə bölgələrdən Bakıya köç məsələsinə maraq yaranır. Lakin bizdə son iki ildə vəziyyət bir qədər dəyişib, yəni insanlar mərkəzi şəhərlərdən regionlara, rayonlara qayıdır.
 
Paytaxt Bakıda infrastruktur gücü 2-3 milyona yaxın insan üçün yetərlidir, amma indi Bakıda 4 milyona yaxın insan yaşayır. Bu da sosial və digər məsələlərdə mənfi hal yaradır. İş çox olsa da adi işin də adidir -250-350 manat. Regionlarda isə kadr çatışmazlığı yaşanır, aqronom, kənd təsərrüfatı mütəxəsissləri yoxdur. Bu kimi problemlərin həllinin qarşısını almaq üçün çalışırıq və özünüməşğulluq proqramı bu istiqamətdə mühüm addımdır”. 
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...