Azərbaycanın 5,9 milyard dollarlıq qızılı var

İqtisadiyyat
12:10 / 19.01.2022
563
2022-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycan Dövlət Neft Fondunda 5 milyard 893 milyon dollar dəyərində 101,8 ton qızıl olub.
Sfera.az bildirir ki, 2021-ci il ərzində qızılın miqdarında dəyişiklik baş verməyib. Amma ötən il qızıl ucuzlaşdığından onun ümumi dəyəri 273 milyon dollar azalıb. 2020-ci ilin sonunda 101,8 ton qızılın dəyəri 6,171 milyard dollar idi.
Vasif
Sfera.az