Məzənnə fərqi Neft Fondunu böyük xərcə salıb

Məzənnə fərqi Neft Fondunu böyük xərcə salıb
Ötən il Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin həcmi daha çox arta bilərdi. Amma valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq Fondu 2,12 milyard manat (1,25 milyard dollar) xərcə saldığından aktivlərdə artım 2,71 milyard dollar yox, 1,46 milyard dollar olub. Başqa sözlə, məzənnə fərqinə görə əlavə xərclər olmasaydı, Neft Fondunun aktivləri 45 milyard dollar yox, 46,25 milyard dollar təşkil edəcəkdi.
 
Sfera.az bildirir ki, ötən il Fondun məzənnə fərqinə görə əlavə xərcə düşməsi ABŞ dollarının bahalaşması ilə bağlı olub. Dollar bahalaşdığından avro, qızıl və türk lirəsində olan aktivlər ucuzlaşıb.

Daha çox ucuzlaşma avro ilə bağlı olub. 2020-ci ilin sonunda Fondun aktivləri 43,6 milyard dollar idi və bunun 20,3 faizi, yəni 8,85 milyard dollar dəyərdə olan hissəsi avroda saxlanılırdı. Son bir ildə avro dollara nəzərən 9 faizdən çox ucuzlaşdığından məzənnə fərqinə görə xərclər 800 milyon dollar təşkil edib.
Ötən il qızıl da ucuzlaşıb. 2020-ci ilin sonunda Fondda olan qızılın dəyəri 6,17 milyard dollar idi. 2021-ci ilin əvvəlində qızılın ümumi dəyəri 5,893 milyard dollara düşüb. Qızılın ucuzlaşması 277 milyon dollarlıq əlavə xərc yaradıb.

Avro və qızıldan başqa digər valyutalarda, o cümlədən türk lirəsində məzənnə fərqinə görə əlavə xərclər yaranıb. Türk lirəsində yaranan fərq 125 milyon dollar həcmindədir.

2022-ci ildə də dolların bahalaşacağına dair proqnozlar var. Əgər bu proqnozlar özünü doğruldarsa, o halda Neft Fondu avro, qızıl və lirədə olan aktivlərə görə əlavə xərcə düşəcək.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...