Mikayıl Cabbarov: "Azərbaycanın ÜDM-i 2019-cu ilə nisbətən 11 milyard manat artıb"

İqtisadiyyat
11:32 / 19.01.2022
687
"2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 93 milyard manat olub, bu isə 2019-cu illə müqayisədə 11 milyard manat çoxdur".
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"2020-ci ildə koronavirus (COVID-19) pandemiyaya görə ÜDM azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb", - deyə o qeyd edib.