Dünyanın ən yaraşıqlı kişisi seçildi – FOTO

Dünyanın ən yaraşıqlı kişisi seçildi – FOTO

 

Britaniyanın Sautport şəhərində keçirilən "Mister World - 2016” müsabiqəsində güclü cinsin ən yaraşıqlı nümayəndəsi seçilib. Bu titula Hindistandan olan aktyor və model Rohit Khandelwal layiq görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb. 

27 yaşlı model əslən Hindistanın Haydarabad şəhərindədir. Onun dostu fotoqraf Sayana Sur Royun sözlərinə görə, o, bir neçə il ərzində idman zalında müntəzəm məşqlər nəticəsində sadə oğlandan effektli görünüşü olan kişiyə çevrilib. "Mister İndia” titulunu aldıqdan sonra "Mister World” müsabiqəsində iştirak edib.   

"Mister World” model müsabiqəsi 1996-cı ildən keçirilir.


 

 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR