İlham Nağıyev kimdir?

İlham Nağıyev kimdir?
İlham Nağıyev 1 yanvar 1988-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində doğulub. 1994-2004-cü illərdə orta təhsili tamamlayan İlham Nağıyev 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi və Menecment fakültəsinin qiyabi şöbəsinə qəbul olub. Daha sonra təhsilini xaricdə davam etdirməyi üstün tutan Nağıyev, 2005-2006-cı illərdə Londonda SOAS Universitetində, 2006-2009-cu illərdə isə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil alıb.
 
Xaricdə təhsil aldığı müddətdə öz ictimai fəaliyyətləri ilə yadda qalan İlham Nağıyev 2008-ci ildə Böyük Britaniya,  Çexiya, Litva,  Rumıniya,  Avstriya  və  Almaniyada yaşayanazərbaycanlıları birləşdirən və gənclər təşkilatı kimi fəaliyyət göstərən Odlar Yurdu Təşkilatını təsis edib. İlham Nağıyevin sədrliyi ilə Odlar Yurdu Təşkilatı Avropa ölkələrində bir sıra tədbirlər, o cümlədən 2008-ci ildə Londonda azərbaycanlı gənclər arasında "Heydər Əliyev Kuboku" adlı mini futbol turniri təşkil edib. 
 
Eyni ildə İlham Nağıyevin təşəbbüsü ilə Odlar Yurdu Təşkilatı tərəfindən İngiltərədə "Baku United FC” futbol klubunun əsası qoyulub. Klub 2012-2013-cü illərdə peşəkar komanda olaraq İngiltərə Milli Futzal Liqasına qoşulub. Cəmi bir il sonra İngiltərə Super Liqasında çempionluğunu qazanan klub, növbəti ildə UEFA Futzal Kubokunda İngiltərəni təmsil etmək hüququ qazanıb.
 
Xaricdə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan İlham Nağıyev karyerasını ölkə daxilində davam etdirib. O, ilk öncə 2010-2012-ci illərdə Bakı Dövlət Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) alıb. 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadr şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifəsində çalışıb.
 

Təhsil aldığı müddət ərzində biznes karyerası istiqamətində də önəmli işlər görən İlham Nağıyev 2010-2013-cü illərdə "GESCO" ASC-də Baş icraçı direktoru vəzifəsində çalışıb. O, hal-hazırda şirkətin müşahidə şurasına sədrlik edir.

 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dost kimi ayrıldılar, amma... - Xalq artisti BOŞANDI - FOTO

Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko boşanıb.   Sfera.az olay-a istinadən xəbər ki, bu barədə cütlü...

Polis məşhir aktyorun ölümündə bir neçə şübhəlinin şəxsiyyəti MÜƏYYƏNLƏŞDİRDİ

54 yaşlı aktyor Metyu Perrinin ölümündə bir neçə nəfər şübhəli bilinir.    Sfera.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayı...

Çaylarda faktiki vəziyyət AÇIQLANDI

  İyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suy...

İran və Azərbaycan XİN rəsmiləri arasında görüş BAŞ TUTDU

İran xarici işlər naziri vəzifələrini icra edən Əli Baqeri Kəni Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovu qəbul edib. Sfera.az xəbər ver...

ABŞ ordusunun Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə TƏBRİK ETDİ

ABŞ ordusunun Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, bu barədə komandanlığın “X...

Cennifer Lopez yeni “Netflix” serialında ROL ALACAQ

Bu yaxınlarda "Atlas" serialında rol alan Cennifer Lopez “Nuyorican” şirkəti vasitəsilə “Netflix” yayım nəhəngi ilə yeni müqav...