Ötən il əhalinin real gəlirləri azalıb

İqtisadiyyat
15:23 / 18.01.2022
780
2021-ci ildə Azərbaycan əhalisinin real gəliri azalıb.
Sfera.az rəsmi məlumata istinadən xəbər verir ki, əhalinin real gəlirləri 4,1 faiz, hər nəfərə düşən gəlirlər isə 4,5 faiz azalıb. Ötən il əhalinin nominal gəlirlərində 2,6 faiz, hər nəfərə düşən gəlirlərdə 2,2 faiz artım baş verib.
2021-ci ildə ortaillik inflyasiya 6,7 faiz olub. Real gəlirlər hesablanan zaman nominal gəlirlərdən inflyasiya göstəricisi çıxılır. Bu qayda ilə hesablandıqda real gəlirlərdə 4 faizdən çox azalmanın olduğu məlum olur.
Xatırladaq ki, 2020-ci ildə də əhalinin real gəlirləri azalmışdı. Bir il əvvəl real gəlirlərdə azalma 4,6 faiz, hər nəfərə düşən gəlirlərdə azalma 5,3 faiz olmuşdu.
Vasif
Sfera.az