“Goldman Sachs”: Neftin qiyməti gələn il 105 dollar olacaq

“Goldman Sachs”: Neftin qiyməti gələn il 105 dollar olacaq
Son 7 ildə ilk dəfə olaraq "Brent” neftinin qiyməti 88 dollar həddini keçib. Bu gün "Brent” neftinin qiyməti 1,5 dollardan çox artaraq 88 dolları ötüb.
 
Sfera.az bildirir ki, neft qiymətləri ötən ilin dekabrın 20-dən sonra davamlı yüksəlir. Bu ilin yanvarın 6-dan "Brent” neftinin qiyməti 80 dolları, yanvarın 14-də 85 dolları keçib.

Neftin qiymətinin 88 dollara çatmasına çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) hava hücumu səbəb olub. Hücumun Yəmənin Husi qruplaşması tərəfindən həyata keçirildiyi bildirilib. Husilər hərəkatı xəbərdarlıq edib ki, BƏƏ obyektlərinə mümkün hücumlar davam edə bilər.

Neftin bahalaşdıran digər səbəb şimal yarımkürəsində soyuq havanın yanacağa tələbatı artırmasıdır.

"Qara qızıl”ın bahalaşmasına təsir edən uzunmüddətli səbəb isə "OPEC+”un gündəlik hasilatı tədricən artırması və bəzi üzvlərin müəyyən edilən kvotalara uyğun nefti hasil edə bilməməsidir. Bu vəziyyət tələb-təklif balansını yumşaltmağı çətinləşdirir.

Yaranmış vəziyyətdə neft bazarında tarazlığı qorumaq üçün daha yüksək qiymətlərə ehtiyac olduğu qənaəti güclənir. Tanınmış maliyyə qurumu olan "Goldman Sachs”, "Brent” neftinin qiymətinin 96 dollar, 2023-cü ildə orta hesabla 105 dollar ola biləcəyini proqnozlaşdırıb.

"Goldman Sachs” yüksək qiymətlərin hasilatı artıracağını və daha çox təklifi təşviq edəcəyinin gözlənildiyini bəyan edib.

Qeyd edək ki, "Brent” neftinin bahalaşması Azərbaycanın ixrac etdiyi neftin qiymətinin bir qədər də yüksəlməsinə səbəb olub. Dünən "Azeri Light" (CIF) markalı neftin qiyməti 89,84 dollara yüksəlib.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR