Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkdi - FOTO

Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkdi - FOTO
Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonu ərazisində yerləşən 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərini ziyarət edib.

Deputat qərargahından Sfera.az-a verilən məlumata görə, mərkəzlərin direktorları Lalə Qəti və Təranə Aslanova ilə görüşən K.Nurullayeva, orada yaradılmış mövcud şəraitlə tanış olub, uşaq və gənclərin vaxtlarını səmərəli keçirmələri üçün görülən işlərin olduqca təqdirəlayiq olduğunu bildirib.

Görüş zamanı millət vəkili həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın qayğısı sayəsində ölkəmizdə uşaqların və gənclərin bir vətəndaş kimi yetişməsi istiqamətində lazımi addımlar atılır, çoxsaylı layihələr həyata keçirilir. Sonda isə K.Nurullayeva 8 nömrəli Uşaq-Gənclər İnkişafı Mərkəzinin rəhbərliyinə və dəyərli kollektivinə məsuliyyətli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Nəzərinizə çatdıraq ki, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və faydalı keçirməsi üçün hər cür lazımi şərait yaradılmışdır.

82 pedaqoji işçinin çalışdığı mərkəzdə 2400-dən çox uşaq, yeniyetmə və gənc müxtəlif növ dərnəklərdə məşğul olurlar.

2017-ci ildən fəaliyyət göstərən 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində isə 122 qrup və 13 dərnəkdə 1683 tələbə təhsil alır. Bədii qiraət, Əyləncəli fizika, Bacarıqlı əllər, Texniki Estetika, İnformatika, Musiqisevələr, Təsviri incəsənət və s. bu kimi müxtəlif dərnəklərdə 60-a yaxın pedeqoji işçi çalışır.

OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO

Bakıda daha bir yolun çökmək təhlükəsi var.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.   Görüntülər Bakının ...

Ədliyyə Nazirliyindən şikayət: "Fərid Əhmədov icra orqanlarını sifarişlə işlədir"

Ədliyyə Nazirliyinin icra şöbələrində yüksək vəzifəli şəxslərin şəxsi əlaqələrindən sui‑istifadə hallarına rast gəlinib.   Sfera.az-a daxil olan şika...

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli Bey...

Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri çərçivəsində çoxşaxəli əməkdaşlıq dərinləşir

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdiyinin bariz nümunəsidir. ...

“Barselona” “İnter”in üzvünü TRANSFER EDİR

"İnter"in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.    Sfera.az xəbər verir ki, niderlandlı müdafiəçi...

Makron: "İrəliləyiş yoxdur"

Fransa Prezidenti Emmanuel Makron Ukrayna-Rusiya münaqişəsinin nizamlanmasına dair aparılan diplomatik cəhdlərdə irəliləyiş olmadığını bildirib.   Sf...