Bu qız Azərbaycanın ən gözəli seçildi – FOTO

13:28 / 18.01.2022
859
İran əsilli azərbaycanlı Röya Şirzadi Azərbaycanda keçirilən "Miss Global 2021” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
Sfera.az olay.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar layihə qapalı formatda keçirilib.
Müsabiqə iki mərhələdən ibarət olub və Azərbaycandan 18-30 yaş arası doqquz model, eləcə də digər ölkələrdən gözəllər iştirak edib.
Münsiflərin səsverməsinin nəticələrinə görə, birinci yeri Röya Şirzadi tutub.
Şirzadi bu ilin fevralında İndoneziyada keçiriləcək beynəlxalq gözəllik müsabiqəsinə hazırlaşır.