Mehdiyev və Məmmədov arasında qalmaqal yeni dövrə qədəm qoydu

Mehdiyev və Məmmədov arasında qalmaqal yeni dövrə qədəm qoydu
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Sfera.az xəbər verir ki, Elton Məmmədovun iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova tərəfindən baxılacaq. 

Qeyd olunur ki, iddia əmək münasibətləri üzrə mübahisələrlə əlaqəli qaldırılıb. 

Məlumat üçün bildirək ki, Texniki Universitetdə  prorektor vəzifəsində çalışan Elton Məmmədov 27 noyabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin olunub. Daha sonra AMEA-nın prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə AMEA İşlər idarəsinin müdiri təyin olunub.
 
Ötən ilin aprel ayında isə mətbuatda Elton Məmmədovun işdən çıxarılması barədə məlumatlar yayıldı. Daha sonra Elton Məmmədov mətbuata verdiyi açıqlmada AMEA-nı məhkəməyə verdiyini bildirib. Qeyd olunub ki, Səbail Rayon Məhkəməsinin 10 dekabr tarixli qərarı ilə Elton Məmmədov işinə bərpa olunub.

Onu da bildirək ki, Elton Məmmədov AMEA İşlər idarəsinin müdiri olan zaman onun müavini Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev olub. Elton Məmmədovu vəzifəsindən azad etdikdən sonra onun yerinə Fikrət Əliyevin təyin olunduğu bildirilir. Lakin, AMEA-nın rəsmi saytında bu barədə heç bir məlumat yoxdur. Rəsmi saytda digər idarə və şöbələr barədə, onların rəhbərləri haqqında məlumatlar olsa da, İşlər idarəsi barədə heç bir məlumat yoxdur.(yeniavaz.com)

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...