Bu insanların genindən koronavirusa qarşı dərman hazırlanacaq – Hər üç nəfərdən birində...

Bu insanların genindən koronavirusa qarşı dərman hazırlanacaq – Hər üç nəfərdən birində...
Koronavirus yayılmağa başlayandan bəri "COVID-19 testi müsbət çıxdı, lakin simptomlar çox yüngüldür” kimi eşitdiyimiz insanlarla bağlı yeni xüsusiyyət aşkarlanıb.

Sfera.az  xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə aparılan araşdırmada koronavirusa qarşı "doğuşdan toxunulmazlığı” olan insanlarda yeni gen müəyyən edilib.

Mütəxəssislər bu genin SARS-CoV-2 virusunu məhv edəcək zülal istehsal etmək üçün bədənə məlumat göndərdiyini açıqlayıblar.

Sözügedən genin əcdadlarının isə Afrikadan gələn hər 10 fərddən 8-də olduğu bildirilib. COVID-19 xəstəliyinin bu geni daşıyan insanlarda 20 faiz daha yüngül keçdiyi də məlumatda qeyd edilib. Alimlər izah ediblər ki, bu genin virusa qarşı dərman hazırlamaqda kritik əhəmiyyəti var.

İsveçdə aparılan və "Nature Genetics”də dərc edilən araşdırmada bu genin hər üç "ağ avropalı”dan birində olduğu vurğulanıb. Tədqiqata rəhbərlik edən Brent Riçards, "COVID-19-a qarşı yeni dərmanlar hazırladıqca, genetik risk faktorlarını anlamağa başlayırıq", - deyə qeyd edib.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR