Ötən il inflyasiya 6,7 faiz olub

İqtisadiyyat
15:21 / 17.01.2022
1058
2021-ci ildə qiymətlərdə ortaillik artım 6,7 faiz olub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5,8 faiz bahalaşıb.
2021-ci ilin dekabrında isə aylıq bahalaşma 1,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən bahalaşma 12 faiz olub.
Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 15,8 faiz artıb. Ərzaq məhsullarında aylıq müqayisədə ən çox bahalaşma tərəvəzlərdə (9,6 faiz), meyvələr (3,4 faiz), yumurta (3,1 faiz), balıq və balıq məhsulları (3 faiz), kərə və bitki yağlarında (2,1 faiz) baş verib.
Qeyri-ərzaq malları aylıq müqayisədə 0,7 faiz, illik müqayisədə 7,7 faiz, pullu xidmətlər aylıq müqayisədə 0,9 faiz, illik müqayisədə 10 bahalaşıb.
Vasif
Sfera.az