Putinlə Rəisinin Moskva görüşündən gözləntilər – Masada hansı mövzular var?

Putinlə Rəisinin Moskva görüşündən gözləntilər – Masada hansı mövzular var?
Bu həftə Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi arasında növbəti təmas baş tutacaq. İki dövlət başçısı arasında görüşün Moskvada keçiriləcəyi nəzərdə tutulub.

Maraqlıdır, görüşdə hansı məsələlər müzakirə mövzusu ola bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri tərəflər arasında sliah alqı-satqsı ilə bağlı danışıqların gedəcəyini, nüvə anlaşmasının müzakirə ediləcəyini düşünür:

"Vladimir Putinlə İbrahim Rəisinin görüşündə sözsüz ki, gündəmlə əlaqədar prioritet məsələlər müzakirə olunacaq. Hər iki tərəf üçün eyni dərəcədə maraqlı olan nüvə anlaşması da diqqət mərkəzundə olacaq. İranda hakimiyyət dəyişdikdən sonra Bayden admninistrasiyası ilə İran arasında danışıqlar gedir. Bu danışıqlar nüvə anlaşmasını yenidən imzalamaq, İranın bu prosesi sonlandırması ilə bağlı öhdəliyini yerinə yetirmək, ABŞ-nin İrana qarşı sanksiyalarını aradan götürməkdən ibarətdir. Bu məsələ Rusiyanın da maraqları çərçivəsindədir. Bundan başqa İran Rusiyadan bəzi silahlar almaq istəyir və bu silahlar içərisində havadan müdafiə sistemləri, eyni zamanda V nəsil qırıcı təyyarələri də var. Əvvəllər əgər Rusiya İrana silah satmamaqla bağlı sanksiyalara əməl edirdisə, son gərginliklər kontekstində bu mövqe də dəyişib və ciddi müzakirə obyekti ola  bilər. Bu gün Rusiyanın belə satışlara ehtiyacı var”.
 
Politoloq görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin də müzakirə ediləcəyini bildirib:

"İki prezident arasında "3+3”  əməkdaşlıq platforması da müzakirə obyekti ola bilər. Hər iki dövlətin yeni kommunikasiya sistemlərinin açılması ilə bağlı maraqları var. Ona görə də Zəngəzur dəhlizinin açılması, Şimal-Cənub dəhlizinin başa çatdırılması kimi bir çox layihələr müzakirə predmeti olacaq. Görüşdə hələ də qeyri-müəyyənliyin hökm sürdüyü Suriya məsələsi barədə də danışıqlar baş tutacaq. Suriyada Rusiya ilə İran hər nə qədər müttəfiq kimi görünsə də, heç kimə sirr deyil ki, Suriyada Rusiya ilə İran düşmən kimi fəaliyyət göstərirlər. Bu səbəblə son olaraq İsrailin Suriya ərazisindəki İran bazalarını hədəfə alması məsələsi barədə də danışıqlar gedəcək”.
 
Əzizə Zeynal  
 

OXŞAR XƏBƏRLƏR

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...