Gülşən səhnəyə elə bir geyimdə çıxdı ki... - FOTOLAR

13:00 / 17.01.2022
1462
İddialı səhnə geyimləri ilə gündəmə gələn Gülşən yenidən müzakirə obyektinə çevrilib.
Sfera.az bildirir ki, son günlərdə seçimlərinə görə tənqid hədəfi olan ifaçı səssizliyini pozub. Belə ki, bu dəfə o, haqqında danışanlara transparan geyimi ilə cavab verib. Məşhur məkanlardan birində konsert verən müğənni "Rakkas” adlı mahnısını ifa edərkən həm də rəqs edib.
Transparan paltarın altından bikini geyən Gülşənin bu addımı qısa müddət ərzində sosial mediada səs-küy yaradıb. İstifadəçilər iki yer bölünüb – kimisi məşhurun rəqsini tənqid edənlərə cavab verib, kimisi isə, geyiminin şişirdilmiş olduğunu söyləyib.
Gülşən is konsertin ardınca, fotolarını "Instagram” hesabından paylaşaraq bu fikirləri qeyd edib: "Dünyanın ən möhtəşəm dinləyicilərinin birlikdə olduğu konsert idi. Səhnədən enmək çətin oldu. Yenidən görüşmək üzərə, sizi çox sevirəm. Bu qədər sevildiyim üçün çox şanslıyam”.
Xatırladaq ki, ötən həftə müğənni İzzet Yıldızhan konsertdə istifadə etdikləri açıq-saçıq geyimlərə görə müzakirə obyektinə çevrilən Hadise, Hande Yener və Gülşen kimi məşhur simaları tənqid etmişdi. O, "Bir zəhmət, tumanla səhnəyə çıxmasınlar. Hər sənətçinin həyat tərzi var, buna hörmət edirəm, amma buranın Türkiyə olduğunu bilmək lazımdır”, deyə söyləmişdi.
Türkan
Sfera.az