\"Qalatasaray\" legioneri ilə vidalaşır

\
Türkiyə "Qalatasaray"ı futbolçusu Kristian Luyindama ilə yollarını ayırır.

Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi konqolu müdafiəçini Belçikanın "Antverpen" klubuna icarəyə verir.

28 yaşlı oyunçunun adı bu səbəbdən səfərdə "Hatayspor"a qarşı keçiriləcək Superliqanın XXI tur matçının iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Kristian Luyindama 2019-cu ildən "Qalatasaray"da çıxış edir.

OXŞAR XƏBƏRLƏR