Deputat vəzifəyə gətirilən gənc kadrları tənqid etdi: “Köhnələrin yolu ilə...”

Deputat vəzifəyə gətirilən gənc kadrları tənqid etdi: “Köhnələrin yolu ilə...”
"Görünüş olaraq "rüşvət almıram” deyənlər başqa elə yollar icad edirlər ki, vətəndaş rüşvətin aşkar hökmranlıq etdiyi dövrlərin nostalgiyasını yaşamış olur”.

Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib. Millət vəkili gənc kadr kimi vəzifəyə təyin olunanların sələflərinin yolunu davam etdirdiklərini bildirib:

"Acınacaqlı odur ki, gənc adı ilə təyin olunanların da xeyli hissəsi köhnələrin yolunu izləyirlər. Hər nə qədər dürlü-dürlü qanunlar qəbul ediriksə, ictimai nəzarəti təmin etmək mümkün olmur. Ölkədə qanunüstü şəxslərin sayı normadan artıqdır. İstər iqtisadi, istər də dövlət qulluğunda imtiyazlı şəxslərin davranışları digər insanların da əxlaqını dəyişir. "Niyə ona olar, mənə olmaz” mühakiməsi ilə davranmağa meyillənənlər çoxalır”.
 
Deputat icra və özünüidarəetmə orqanlarının vəziyyətini Azərbaycan-Ermənistan sərhədi ilə müqayisə edib:

"Kiminsə həbsi, ölümü başqasına görk olsaydı, o halda bəşəriyyətdə bundan sonra ədalətsizlik yerli-dibli qalmazdı. İdarəetmədə səlahiyyətlər bir-birinə qarışanda kimdənsə konkret məsuliyyət də tələb etmək olmur. İcra orqanları ilə yerli özünüidarəetmə orqanlarının sərhədləri Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyətdən daha dolaşıqdır. Biz dövlət sərhəddini delimitasiya etməzdən öncə, dövlətin içindəki qurumların və şəxslərin sərhədlərinin delimitasiyasını aparmalıyıq”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...