Cennifer Lopes Ronaldonun qoynunda

Cennifer Lopes Ronaldonun qoynunda

 

Portuqaliya yığmasının heyətində AÇ-2016-nın qalibi adını qazanan Kriştianu Ronaldo mövsümün yorğunluğunu çıxartmaqla məşğuldur.

 

Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, Madrid "Real”ının düşərgəsinə qoşulmayan ulduz futbolçu hazırda ABŞ-da istirahətdədir.

 

Las-Veqasda olan Ronaldo fürsətdən istifadə edərək, tanınmış müğənni və aktrisa Cennifer Lopesin doğum günü ilə bağlı keçirdiyi konsertə qatılıb. İki gün öncə gecə klublarından birində baş tutan konsertə tanınmış simalar təşrif buyurublar ki, onların sırasında 31 yaşlı futbolçu da olub.

 

Təbriklərini çatdıran Ronaldonun Lopeslə isti münasibəti fotoqrafların diqqətindən yayınmayıb. Şən görünən Kriştianu bütün gecəni Lopesin rəqslərindən və ifa etdiyi musiqilərdən əylənərək keçirib.

 

Qeyd edək ki, hazırda zədəli olan Ronaldo bir neçə gün öncə tanınmış döyüş ustası Konor MakQreqorla görüşmüşdü. "İnstagram”da irlandiyalı idmançı ilə şəklini paylaşan Ronaldo "Qardaşım, səni görməyə şadam” sözlərini yazmışdır.



OXŞAR XƏBƏRLƏR

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Paytaxtın bu ərazisində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.   Sfera.az xəbər ve...