"Tələbə olanda günü bir "şirvana" ofisiant işləyirdim" - VİDEO

12:29 / 14.01.2022
1133
Müğənni Roza Zərgərli keçmiş günlərindən danışıb.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, ifaçı "Tam vaxtıdır" verilişində bildirib ki, bir zamanlar başqa sahədə çalışıb:
"Buzovnada bir restoran var idi. Tələbə idim, birinci kursda oxuyurdum. Günü bir "şirvan"a işləyirdim. Satıcı da işləmişəm, ofisiant da. Düşünürəm ki, çətin günləri görən, yaxşı günlərin qədrini bilər".