Prezident Pirallahıya 3.8 milyon pul ayırdı - SƏRƏNCAM
Siyasət
20:45 / 26.07.2016
2254
Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sfera.az-ın AzərTAc-a istinadən məlumatına görə, Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat ayrılıb.
Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb.