İdxalda bahalaşma 20 faizi ötdü: Ən çox bu malların qiyməti ARTIB

İdxalda bahalaşma 20 faizi ötdü: Ən çox bu malların qiyməti ARTIB
2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın idxal etdiyi malların dəyəri 21,2 faiz yüksəlib.
 
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox bahalaşma qiymətli metal və daşlarda, boya və laklarda, fota və kino mallarında, heyvan mənşəli yağlarda müşahidə edilib. Adıçəkilən mallarda qiymət artımı 46-50 faiz intervalında baş verib.

Qiymət artımı yüksək olan digər mallardan rezin məmulatların (44,6 faiz), mineral məhsulların (37 faiz), o cümlədən neft məhsullarının (39 faiz), plastmaslar və ondan hazırlanan məhsulların (37 faiz), oyuncaqların (35 faiz), dəri məmulatların (34 faiz), toxuculuq mallarının (31 faiz), azqiymətli metalların (31 faiz), ayaqqabı və baş geyimlərinin (25 faiz) adını çəkmək olar.

Ümumilikdə, ərzaq məhsulları ilə müqayisədə qeyri-ərzaq mallarının daha çox bahalaşması qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda satılan malların təxminən 40 faizi idxal mallarından ibarət olduğundan bu məhsullarda baş verən yüksək qiymət artımı ölkəmizdə inflyasiya sürətini gücləndirir. Bunun nəticəsidir ki, bu il ölkəmizdə inflyasiya sürəti 6 faizi ötərək son 4 ilin ən yüksək səviyyəsinə çatıb.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...