Məktəbi vaxtında bitirə bilməyən 517 nəfər attestat alacaq

Məktəbi vaxtında bitirə bilməyən 517 nəfər attestat alacaq
Bakı şəhəri üzrə onlayn formada keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sfera.az-a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 719 nəfər qatılıb, onlardan 517 nəfəri uğur qazanıb.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 140 nəfər, tam orta təhsil səviyyəsi üzrə 377 nəfər uğur qazanıb.

İmtahan nəticələri ilə əlaqədar apelyasiyaya 3 iş günü müddətində 146-0 nömrəli Çağrı Mərkəzi vasitəsilə müraciət etmək olar.

Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...