Volkovun Ermənistana getməməsinin altında yatan səbəblər - Yaxında erməni qoşunları çıxarılacaq?

Volkovun Ermənistana getməməsinin altında yatan səbəblər - Yaxında erməni qoşunları çıxarılacaq?
"Qarabağda Rusiya sülhməramlılarının yeni komandanı Andrey Volkov sələflərindən fərqli olaraq, ilk səfərini Bakıya etdi və müdafiə naziri Zakir Həsənov tərəfindən qəbul edildi. Onun sələfləri ilk səfərlərini İrəvana edir və Ermənistan müdafiə naziri ilə görüşürdü”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O xatırladıb ki, Volkovun təyinatından bir neçə gün keçməsinə baxmayaraq, onun Ermənistana səfəri və bu ölkənin müdafiə naziri ilə görüşü haqda heç bir məlumat yoxdur:

"Yeni komandanın Ermənistana səfər edəcəyi, yaxud bu ölkənin rəsmiləri ilə görüşünün nəzərdə tutulduğuna dair hələ də heç bir məlumat yayılmayıb. Bu detal "Ermənistanın Qarabağda tərəf olmaqdan çıxması, Rusiyanın Qarabağı Azərbaycanın daxili məsələsi kimi qəbul etdiyi” fikrini gücləndirir. Ötən ilin sonlarından baş verən iki hadisə də bu ehtimalı gücləndirən məqamlardandır:

- Soçidə sərhədlərin delimitasiya və demarkasiyası üzrə razılaşma əldə olundu: razılaşmanın praktiki mərhələyə keçidi üçün yaxın dövrdə addımların atılacağı gözlənilir. Bu o deməkdir ki, Azərbaycan sərhədlərini tanıyacaq Ermənistanın Qarabağda tərəf olması perspektivini də sıradan çıxaracaq;

- Nikol Paşinyan ilin sonunda "Qarabağın statusunun Azərbaycan Konstitusiysına uyğun həll edilməlidir” açıqlaması ilə oyundan çəkiləcəyinin anonsunu verdi.
Bu proseslər fonunda Volkovun Ermənistana getməməsi təsadüfi deyil”.

Siyasi şərhçi bildirib ki, diqqət çəkən məqamlardan biri də Volkovun təyinatından bir gün sonra Putinlə Paşinyan arasında telefon söhbətinin aparılması və Qarabağın da müzakirə edilməsidir:

"Mümkündür ki, Putin Qarabağdakı yeni vəziyyəti Paşinyana izah edib. Prosesin bu istiqamətdə inkişafı erməni qoşunların yaxın dövrdə Azərbaycan ərazisindən çıxarılması (10 noyabr razılaşması, 4-cü bənd) prosesinin də başlaya biləcəyi ehtimalını artırır. Sərhədlərin müəyyənləşməsi məsələsində əsas zərurətlərdən biri də budur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...