Türkiyədə xarici qüvvələr yenidən fəallaşır? - ŞƏRH

Türkiyədə xarici qüvvələr yenidən fəallaşır? - ŞƏRH
Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bağçalı ötən gün səs-küyə səbəb olacaq çıxış edib. O bildirib ki,  Qazaxıstan hadisələri Türkiyədə də sınaqdan çıxarıla bilər. Bağçalı Türkiyədə xarici qüvvələrin yenidən fəallaşa biləcəyini istisna etməyib.
 
Maraqlıdır, Türkiyədə qarşıdurmaların yaradılması mümkündürmü?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov qeyd edib ki, Türkiyə Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bağçalının Qazaxıstan hadisələrinə münasibəti, bu hadisələrin Türkiyədə də təkrarlana biləcəyini əsaslandıması sensasiya hesab oluna bilər:

"Həqiqətən də böyük dövlətlər öz ambisiyalarını həyata keçirmək üçün onlara mane yaradan digər dövlətləri sıradan çıxarır və "dünya ağalığı” istiqamətində yollarını təmizləyirlər. Türkiyə siyasətinin ağsaqqalı Dövlət Bağçalının Qazaxıstan olaylarına verdiyi qiymət tarixi təcrübə və dərin analizin nəticəsidir”.
Müsahibimizin sözlərinə görə, heç kimə sirr deyil ki, Türkiyənin regionda və dünyada apardığı müstəqil xarici siyasət qlobal gücləri narahat edir və böyük məmnuniyyətlə onlar Türkiyəni izlədiyi xarici siyasətdən geri döndərərdilər:

"Hətta 2016-cı ildə buna uğursuz cəhd də olundu. Co Bayden hakimiyyətə gəlməmişdən Türkiyədə çevriliş etmək arzusunu da heç gizlətmirdi. Amma Türkiyənin əleyhinə olan beynəlxalq güclərin burada sabitliyi pozmağa  imkan və gücləri çatacaqmı?  Əlbəttə ki, xeyr. Əgər belə osaydı, bunu çoxdan etmişdilər. Dövlət Bağçalının bu iddiası Türkiyəni daxili və xarici siyasətdə daha ehtiyatlı olmağa səsləyən bir xəbərdarlıqdır və indiki iqtidar tərəfindən ciddi şəkildə nəzərə alınır”.

Günay Rəsulqızı
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...