TQDK-dan keçid balları ilə bağlı – AÇIQLAMA

TQDK-dan keçid balları ilə bağlı – AÇIQLAMA

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları haqqında açıqlama verib.

Komissiyadan Oxu.Az-a verilən məlumata görə, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. 

Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyil: 

"Çünki bu, ixtisas seçimindən sonra bəlli olur. Abituriyentlər imtahan versələr də, ixtisas seçimini etməyiblər. İxtisas seçiminə iyulun 29-dan başlanacaq və avqustun 10-dək davam edəcək. Ona görə də biz indi deyə bilmərik ki, hansı ixtisas üzrə keçid balı nə qədər olacaq? Yalnız ixtisas seçimi bitdikdən sonra məlum olacaq ki, bu il hansı ixtisas üzrə keçid balı nə qədərdir”.

Komissiyadan əlavə edilib ki, keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.

TQDK-dan qeyd edilib ki, bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

"Birbank Biznes"in dəstəklədiyi "She’s Next" təşəbbüsünün qalibləri müəyyənləşdi

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekun...

Bəzi rayonlara leysan yağdı

Saat 10:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakte...

ABŞ İranla buna görə danışıq aparmaq istəyir - BƏYANAT

İran parlamentinin üzvləri ABŞ-lə nüvə danışıqlarının bərpası üçün ilkin şərtlərin irəli sürülməsini tələb ediblər.    Sfera.az bu barədə &...

Bu ərazilərdə su olmayacaq - Qəza baş verdi

Binəqədi Rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Zəngəzur küçəsində içməli su xəttində qəza baş verib.   İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmə...

“ASAN xidmət”dən Milli Mətbuat Günü münasibətilə süni zəka təlimi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və "Pa...

Türkiyədə 4 kənd təcili boşaldıldı

Türkiyənin Tekirdağ vilayətinin Şarköy rayonunda başlayan meşə yanğını genişlənərək Çanaqqalanın Gelibolu rayonuna keçib.   Sfera.az Türkiyə mətbuatı...