Müğənninin reper sevgilisinin konsertinə polis basqın etdi - Narkotikə görə

Müğənninin reper sevgilisinin konsertinə polis basqın etdi - Narkotikə görə
Məşhur türkiyəli popçu Aleyna Tilkinin sevgilisi olduğu iddia edilən, "UZİ” adı ilə tanınan repçi Utku Yalçınkayanın konsertinə polis basqını olub.
 
Sfera.az bildirir ki, Aleynanın da iştirak etdiyi konsertdə reperin fanatlarından biri polisə zəng edərək "UZİ”nin insanları narkotikə təşviq etdiyini bildirib. Ardınca İstanbul Narkotiklə Mübarizə Şöbəsi və Kadıköy İlçe Təhlükəsizlik Müdirliyinə bağlı qruplar konsert yerinə gəliblər.

Tədbirin bitməsini gözləyən polislər daha sonra reperi sorğu-suala tutublar. Lakin Utku əleyhinə hər hansı qanuni addımın atılmadığı bəlli olub.  "UZİ” isə sosial media hesabından konsertdəki fotolarını paylaşaraq, "Mənasız maqazin xəbərlərinə, şərləmələrə fikir verməyin” deyə qeyd edib.

Xatırladaq ki, 23 yaşlı repçi "UZİ”  "Umrumda değil”, "Makina” adlı mahnıları ilə tanınıb.

Türkan
Sfera.az



OXŞAR XƏBƏRLƏR