“Xarici dil müəllimlərinin çoxu həmin dildə danışa bilmir” - Problem

15:47 / 11.01.2022
1915
Son illər ölkəmizdə xarici dil öyrənməyə
çalışanların, eyni zamanda bunun üçün dil kurslarına müraciət edənlərin sayında
artım müşahidə olunur. Hazırda 11 illik orta ümumtəhsil və 4 illik ali təhsil
müssisələrində rus, ingilis, alman və s. dillərində tədrislər həyata keçirilsə
də, şagirdlər orta məktəblərdə xarici dili öyrənə bilmir.
İşin tragikomik tərəfi isə 11 il ərzində
xarici dil öyrənə bilməyən şəxslərin dil kurslarına müraciət edərək 1 il, bəzən
isə daha qısa müddətdə xarici dil öyrənməsidir.
Maraqlıdır, Azərbaycan gəncləri niyə xarici
dildə danışmağı orta və ali təhsil müəssisələrində keçirilən dil dərslərində
öyrənə bilmir?
Mövzu il bağlı Sfera.az-a danışan təhsil üzrə
ekspert Elşən Qafarov deyib ki, hazırda Azərbaycan təhsil sistemində 152 mindən
artıq müəllim çalışır.
"Həmin 152 min müəllimin 30 minə yaxını məhz
xarici dil müəllimidir. Maraqlıdır ki, bizim dövlət ümumtəhsil müəssisələrin də
çalışan 30 min xarici dil müəlliminin heç 300 nəfəri tədris etdiyi xarici dildə
elementar ünsiyyəti bacarmır. Halbuki həm Təhsil haqqında qanunun 19-cu maddəsində,
həm ümumtəhsil haqqında qanunda, həm də təhsil müəssisənin nümunəvi nizamnaməsində göstərilir ki, tam orta təhsil
müddətini bitirən şəxslər ən azı bir və ya bir neçə xarici dildə ünsiyyət
saxlamağı bacarmalıdır. Təsəvvür edirsiniz, müəllim tədris etdiyi
xarici dildə danışa bilmir, lakin bu dilin tədrisini həyata keçirir. Bu elə
özlüyündə problemin ciddiliyindən xəbər verir”, - deyə ekspert bildirib.
E.Qafarov qeyd edib ki, hazırda ölkədə xarici
dil üzrə pedaqoji hazırlıq səviyyəsi çox bərbad səviyyədədir:
Turan Rzayev