Rusiya açıq hücum taktikasına keçib: \"Növbədə Özbəkistan və Türkmənistandır\"

Rusiya açıq hücum taktikasına keçib: \
"Rusiya MDB məkanında təsir dairəsini genişləndirmək planını reallaşdırmağa çalışır”.
 
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiyanın ABŞ və NATO-ya verdiyi bir neçə bənddən ibarət nota məhz bu regionda Vaşinqtonun siyasi-hərbi fəaliyyətinə son qoymasını, regionu Rusiyanın təsir dairəsi kimi tanınmasını tələb edir:

"Bu isə Azərbaycan daxil olmaqla,  MDB ölkələrini, Ukrayna və  Gürcüstanın müstəqilliyini təhdid edir. 2022-ci il Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionları üçün siyasi nizamın formalaşması istiqamətində həll edici mərhələ olacaq. Rusiya Mərkəzi Asiyada Qazaxıstan vasitəsilə bu regionda ABŞ-ın  fəaliyyətinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər almağa çalışacaq. Özbəkistan və Türkmənistana təzyiqlər edəcək.

Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı siysətinə  gəldikdə isə, Azərbaycanı KTMT-yə üzv olmağa dəvət edəcək. Həmçinin Ermənistanda Qarabağ klanını aktivləşdirməyə çalışacaq. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlayarsa, region Rusiya təhlükəsindən azad ola bilər. Amma Ermənistan rəhbərliyinin hazırkı şübhəli davranışları Paşinyanın öz hakimiyyətinin itirilməsinə gətirib çıxara bilər”.

Politoloq vurğulayıb ki, Ermənistan rəhbərliyinin KTMT-dəki aktiv rolu, Azərbaycana qarşı növbəti təxribat xarakterli çıxışları Moskvanın əlini gücləndirir:

"Bu da Ermənistanin əleyhinə yönəlmiş olacaq. Rusiya son Qazaxıstan olaylarından sonra geniş "iştah”a malik olub. Digər tərəfdən Rusiya dumasında Ukraynanın  iki separatçı bölgəsinin müstəqil dövlət kimi tanınması üçün qətnamə hazırlanır. Göründüyü kimi, Rusiya açıq hücum taktikasına keçib. Sabah Qarabağda etnik ermənilərin yaşadığı kiçik bir ərazidə belə bir qətnamə layihəsinin müzakirəsinə də gedə bilər. Ona görə də Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməli,  Türkiyə hərbi bazasının ölkəmizdə olmasını təmin etməliyik. Ancaq bu yolla  Rusiyanın ölkəmizə qarşı siysətində təzyiq siyasəti neytrallaşar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...