Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının toplantısında çıxış etdi

Siyasət
12:42 / 11.01.2022
1372
"Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasından yanadır”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısında söyləyib.
"Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək”, - nazir bildirib.