Rusiya Qazaxıstandan niyə çıxır? – Zülfüqarovdan “məsələ Cenevrədə həll edilib” açıqlaması

Rusiya Qazaxıstandan niyə çıxır? – Zülfüqarovdan  “məsələ Cenevrədə həll edilib” açıqlaması
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında məlumat verib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının Qazaxıstandakı  missiyası başa çatıb və iki gündən sonra sülhməramlı kontingentin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq.

Maraqlıdır, KTMT-nin iki gün sonra Qazaxıstanı tərk etməsinin səbəbi nədir? İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında baş tutan təhlükəsizlik təminatı məsələlərinə dair danışıqların bu qərara təsiri olubmu?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, KTMT-nin iki gün sonra Qazaxıstanı tərk etməsi qərarı şübhəsiz ki, ABŞ-la Rusiya arasında Cenevrə şəhərində baş tutan təhlükəsizlik təminatı məsələlərinə dair danışıqların nəticəsi ilə bağlıdır:

"Qazaxıstandakı məsələlərə daha geniş aspektdə baxmaq lazımdır. Hazırda əsas iki güc arasında mübarizə gedir, bunlar ABŞ və Çindir. Rusiya isə iqtisadiyyatı zəif, ordusu güclü bir ölkədir. ABŞ və Qərb indiki halda maksimum dərəcədə çalışır ki, rəsmi Moskva Pekinə yaxınlaşmasın. Daha dəqiq desək, bu mübarizədə Kremli neytrallaşdırmaq Qərbin əsas hədəfidir”.
 
Diplomat hesab edir ki, dünən Cenevrə şəhərində  baş tutan təhlükəsizlik təminatı məsələlərinə dair danışıqlarda ABŞ ilə Rusiya arasında müəyyən razılıqlar əldə edilib:
 
"Bu razılaşmanın nəticəsi olaraq da Kreml KTMT-nin iki gün sonra Qazaxıstanı tərk etməsi haqda qərar verib. Hələlik tərəflər arasında hansı məsələlərə dair razılığın əldə olunması bəlli olmasa da, Vaşinqtonun bu günə qədər Moskvaya kifayət qədər güzəştlər etdiyini deyə bilərəm. Misal üçün "Şimal Axını - 2" layihəsinin icrası və ya Ukrayna məsələsi. Bildiyiniz kimi, Ukraynanın şərqində hazırda baş verən hadisələrdə Vaşinqton hər nə qədər Kiyevə şifahi dəstək nümayiş etdirsə də, əyani heç nə etmir. Bunun da səbəbi yenə Vaşinqtonun Kremlə güzəştə getməsidir. Bütün bunlara baxmayaraq dünənki Cenevrə görüşündə Rusiyanın ABŞ-la ortamənzilli ballistik raketlərin Ukrayna sərhədinə yerləşdirilməməsinə dair razılıq əldə edildiyini ehtimal etmək olar. İndiki halda Kremli ən çox narahat edən də elə məhz bu idi”.

T. Zülfüqarovun sözlərinə görə, KTMT-nin iki gün sonra Qazaxıstanı tərk etməsi qərarı Prezident Kasım-Jomart Tokayevin istəyi ilə baş verə bilməzdi:

"Yəni bu qərarı verən yenə Kreml oldu. Bir məsələni də qeyd edim ki, bizim ictimaiyyətdə hazırda yanlış bir təsəvvür formalaşıb ki, Rusiya SSRİ-ni restavrasiya etmək niyyətindədir. Bu mümkün deyil və yanlış fikirdir. Məsələyə daha geniş aspektdən baxmaq lazımdır. Bu böyük güclərin regionda apardığı nüfuz mübarizəsindən doğan sitiuasiya idi. Görünür, indi tərəflər arasında müəyyən razılıq əldə olunub ki, Kreml də buna görə Qazaxıstandan çıxmağa razılaşıb”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...