Özbəkistan Rusiyanın mümkün hücumuna belə hazırlaşır - Şövkət Mirziyoyevin qabaqlayıcı addımları

Özbəkistan Rusiyanın mümkün hücumuna belə hazırlaşır - Şövkət Mirziyoyevin qabaqlayıcı addımları
KTMT-nin ötəngünkü iclasında Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistan barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Onun "Qazaxıstanda baş verənlərdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır” sözləri rəsmi Daşkəndin növbəti hədəf olacağına işarə kimi dəyərləndirilıdi.
 
Maraqlıdır, Belarus prezidentinin bu açıqlamasından sonra Özbəkistan tərəfinin reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, Özbəkistanın Rusiyanın mümkün aqressiv planları ilə bağlı məlumatı var:

"Hazırda Özbəkistanda dövlət və dövlətçiliyin, milli ordunun təbliği istiqamətində ciddi işlər görülür. Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Qazaxıstan hadisələrinin fonunda polis və ordunun gücləndirilməsi istiqamətində addımlar atıb, regionlarda məmurların fəaliyyətlərinə nəzarəti gücləndirib.
 
Mirziyoyevin bir neçə gün əvvəl Türkiyə Prezidenti Ərdoğanla telefon danışıqları baş tutub. Ölkəyə giriş qaydaları sərtləşdirilib, təhsil müəssisələrində isə qış tətili yanvarın 25-dək uzadılıb. Əhalinin soyuq qış aylarında qaz təchizatını yaxşılaşdırmaq üçün Rusiyaya qaz ixracı dayandırılıb. Nəticə etibarilə rəsmi Daşkənd Kremlin ehtimal edilən təxribatlarına qarşı indidən hazırlıqlara başlayıb”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR