İlham Əliyev ötən il 12 prezidentlə görüşüb

Siyasət
09:31 / 11.01.2022
827
Prezident İlham Əliyev ötən il 7 ölkəyə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb.
Sfera.az xəbər verir ki, Azərbaycan lideri 2021-ci ildə 7 dəfə xaricə səfər edib.
Prezident İlham Əliyev Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib.
Dövlət başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Aİ, NATO) 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb.
Bu səfərlər və görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.