Lukaşenko KTMT-nin növbəti hədəfini göstərdi - Bu ölkəyə hücum ediləcək?

16:09 / 10.01.2022
2756
Bu gün Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri rəhbərlərinin videokonfrans
formatında keçirilən sammitdə Qazaxıstandakı son hadisələr müzakirə etdildi.
Görüş zamanı Qazaxıstandakı son hadisələrlə yanaşı, növbəti hədəflə bağlı da
müzakirələr aparılıb.
Belarus
Prezidenti Aleksandr Lukaşenko çıxışı zamanı deyib ki, Qazaxıstanda baş verən
hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır. Lukaşenko fikrini
bununla əsaslandırıb ki, Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar
terrorçulardır: "Bizi gələcəkdə
ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirməliyik”.
Növbəti hədəf kimi Özbəkistan görünsə də, Qazaxıstanda baş verən hadisələrin bu ölkədə təkrarlanacağı çətin proqnozlaşdırıla bilən ehtimaldır:
Birincisi, Özbəkistan
Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan
çox əhəlisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni
Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən
deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər yaşayır. Nəticə etiabri ilə
Kremlin Özbəkistanda ortaya çıxaracağı iğtişaşlar Qazaxıstandakı kimi nə
rahatlıqla idarə ediləcək, nə də sakitləşəcək.
İkincisi,
Qazaxıstandan fərqli olaraq Özbəkistanın Əfqanıstanla sərhədi var. Bu da onda xəbər
verir ki, ABŞ proseslərə Qazaxıstanda olduğu kimi səssiz qalmayacaq. Digər tərəfdən,
Əfqanıstan hazırda özbəklərin ən çox yaşadığı ikinci ölkədir. Hazırda bu ölkədə
3 milyon özbək yaşayır və Əfqanıstanda
özbək əslli general, Əbdül Rəşid Dostum faktoru da var. Dostum
Əfqanıstandakı özbəklərin lideridir. Yəni Özbəkistanda baş verəcək gərginliyə
o, səssiz qalmayacaq.
Üçüncüsü,
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nizamnaməsinin 4-cü maddəsinin
5-ci bəndinə əsasən Qazaxıstana müdaxilə edə bildi. Lakin Özbəkistan KTMT üzvü
deyil və bu ölkəyə müdaxilə etmək üçün Kremlin əsası olmayacaq.
Nəticə etibarilə
Kreml özü də yaxşı anlayır ki, Özbəkistan Qazaxıstan deyil və bu ölkədə eyni
ssenarisi işə yaramayacaq. Buna görə də Kreml Belarus Prezidenti Aleksandr
Lukaşenkonun fonunda Özbəkistana açıq mesaj göndərərək rəsmi Daşkəndin nəbzini
yoxlamaq istəyir.
Turan Rzayev
sfera.az