“Qazaxıstanın işğalında həm də ABŞ günahkardır” –Vaşinqton 27 il öncə bu ölkədən nə tələb etmişdi?

12:56 / 10.01.2022
1586
"Qazaxıstanda
baş verən son hadisələrin pərdəarxasında birbaşa rəsmi Moskva dayansa da, bu
gün Mərkəzi Asiyanın Kremlin arxa bağçası olmasının günahkarı həm də ABŞ-dır”.
Bu sözləri
Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə
görə, ABŞ SSRİ dağıldıqdan sonra Kremlə məxsus nüvə və bir sıra qitələrarası
ballistik raketlərin Qazaxıstanda qalmaması üçün bu ölkəyə müxtəlif təzyiqlər
etməyə başladı:
"ABŞ-ın təzyiqləri
nəticəsində isə Qazaxıstan ölkədəki nüvə
başlıqlı, həmçinin qitələrarası ballistik raketlərdən imtina etmək məcburiyyətində
qaldı. Vaşinqton 1991-ci ildən bəri Qazaxıstanın kütləvi qırğın silahlarının və
əlaqəli infrastrukturunun ləğvinə kömək etmək üçün 275 milyon dollardan çox vəsait
xərcləyib. Nəticə etibarilə döyüş başlıqları 1995-ci ildə Rusiyaya yerləşdirildi.
ABŞ Konqresinin Tədqiqat Xidmətinin hesabatında Vaşinqtonun Qazaxıstanı nüvə
silahından necə təmizləməsi ilə bağlı ciddi məlumatlar var”.
Politoloqun sözlərinə
görə, Qazaxıstan SSRİ üçün hər zaman ballistik və nüvə raketlərinin həm sınaq
poliqonu, həm də saxlanıldığı ərazi olub:
"Bugünkü Semey şəhərindən
bir qədər uzaqda bir vaxtlar Sovet İttifaqının 6950 kvadrat kilometr sahəsi
olan ən böyük nüvə sınaq poliqonu var idi. 1949-1989-cu illərdə bu poliqonda
450-dən çox nüvə sınağı aparılıb. Sovet İttifaqının dağılmasından sonra
Qazaxıstan 1400-ə yaxın nüvə başlığı və 100-dən çox qitələrarası ballistik
raket də daxil olmaqla, nəhəng nüvə arsenalının sahibi oldu.
Qazaxıstan müstəqil
olduqdan sonra isə rəsmi Vaşinqton başlıqların Qazaxıstanın əlində ciddi
problem olacağını düşündüyü üçün rəsmi Nur-sultana ciddi təzyiqlər etməyə
başladı. Prinsip etibarilə ABŞ nüvə silahları ilə Qazaxıstanın da ikinci bir
Şimali Koreya ola biləcəyini düşünmüş ola bilər, lakin bu ciddi səhv idi. Məsələ
ondadır ki, Qazaxıstan yeni müstəqil olmuşdu və digər MDB ölkələri kimi ABŞ-ın
maliyyə yardımına ehtiyacı vardı. Yəni bu halda onun Vaşinqtonun əksinə hərəkət
etməsi mümükün deyildi.
Turan Rzayev