“Qızıl Qlobus”un qalibləri - SİYAHI

Maqazin
12:33 / 10.01.2022
819
2021-ci il üzrə "Qızıl Qlobus” qaliblərinin adları açıqlanıb.
Sfera.az xəbər verir ki, bu il mükafatın təşkilatçıları mərasimin ənənəvi birbaşa yayımından imtina ediblər. Bununla da, "Qızıl Qlobus"un mükafatlandırma gecəsi 79 illik tarixində ilk dəfə çox sönük keçib.
Əsas nominasiyalar üzrə qaliblərin siyahısı belədir:
Ən yaxşı dram filmi – "İtin gücü”.
Ən yaxşı dram aktyoru - Uill Smit ("Kral Riçard").
Ən Yaxşı qadın dram aktrisası - Nikol Kidman ("Rikardo olmaq”).
Ən yaxşı animasiya filmi - "Enkanto".
Ən yaxşı xarici film - "Maşınımın sükanına keç".
Ən yaxşı aktrisa və aktyor - Keyt Uinslet ("İsttaunlu Meyr") və Maykl Kiton ("Breaking").
Ən yaxşı ssenari - Kennet Brana ("Belfast”).
Ən yaxşı komediya/müzikl aktrisası - Reyçel Zeqler ("Vestsayd tarixçəsi”).
Ən yaxşı bəstəkar - Hans Zimmer ("Dyun”).
Ən yaxşı film mahnısı - "Ölməyə vaxt yoxdur” (Billi Ayliş).
Ən yaxşı dram serialı – "Varislər”
Ən yaxşı komediya/müzikl –"Vestsayt tarixçəsi”.
Ən yaxşı rejissor - Ceyn Kempion ("İtin gücü”).
Qeyd edək ki, "Qızıl Qlobus" 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatıdır.