Qazaxıstandan sonra hədəfdə hansı MDB ölkəsidir? – “Kremldə düşünürlər ki…”

Qazaxıstandan sonra hədəfdə hansı MDB ölkəsidir? – “Kremldə düşünürlər ki…”
"Rusiya Prezidenti Vladimir Putin keçmiş SSRİ-ni bərpa etmək istəyirsə, deməli hələ uzun müddət hakimiyyətdə qalacaq. Çünki "SSRİ-nin bərpa çalışmalarına” uzun zaman lazımdır. Bunun üçün həm hədəf seçilən dövlətlərin parçalanması sürətlənməli, həm də yerlərdə tərəfdar qrupları fəallaşdırılmalıdırlar”.
 
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, Kremlin birinci hədəfi Ukraynadır:

"Qazaxıstandakı olaylar Kremli ikinci istiqaməti də fəallaşdırmağa sövq edir. Növbədə başqa dövlətlər də var. Kreml sahibi Avropa dövlətlərini ABŞ-ın vassaları hesab edir və müxtəlif çıxışlarında buna eyham vurur. Vladimir Putinin məntiqinə görə, əgər Amerikanın vassalları varsa, ərazicə dünyanın ən böyük ölkəsi – Rusiyanın da vassalları olmalıdır. Sadəcə, Avropa ölkələrinin Amerika ilə strateji tərəfdaşlığı qarşılıqlı maraq üzərində qurulub. Kreml sahibi isə ətrafdakı ölkələri zorla Rusiyanın "strateji müttəfiqinə” çevirmək istəyir. Fərq bundadır”.
 
Politoloqun sözlərinə görə, "SSRİ-nin bərpa əməliyyatı”nın Kreml üçün bumeranq effekti olacaq:
 
"Müxtəlif ölkələrdə Rusiyanın ağalığını qəbul etmək istəyən qruplar olsa da, onlar milli qüvvələrlə üz-üzə qalacaqlar. Ukrayna, Qazaxıstan, Gürcüstan və Azərbaycandakı milli qüvvələr Rusiyanın vassalı olmaq istəmirlər. Kreml əslində Rusiya imperiyasının yeni libasda zühuruna çalışırsa, qonşu dövlətlərdəki milli qüvvələrin müqavimətini də hesaba qatmaq məcburiyyətindədir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...