“Azərbaycan bu qlobal tədbirdə qazanc əldə edə bilər” - Deputat

“Azərbaycan bu qlobal tədbirdə qazanc əldə edə bilər” - Deputat
Ötən ilin 1 oktyabr tarixindən start götürən "Dubay Expo-2020" bu il martın 31-dək davam edəcək. 


Sfera.az bildirir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev məlumat verib. Millət vəkili xatırladıb ki, bu qlobal layihədə ölkəmiz də fəal iştirak edir:


"”Expo" gələcəyə açılan pəncərədir. Eyni zamanda, layihədə təmsil olunan ölkənin mədəniyyəti, mətbəxi, folkloru vasitəsilə xalqını tanıtmaqla yanaşı, həm də iqtisadi potensialı və perspektivlərini nümayiş etdirmək üçün geniş imkanlar deməkdir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə reallaşan Azərbaycan pavilyonunda artıq turizm həftəsi, milli mətbəximizin, rəqslər və caz musiqimizin nümayişi keçirilib. "Gələcək üçün toxumlar" adlanan Azərbaycan pavilyonu 200-dən çox ölkə və şirkətin iştirak etdiyi qlobal tədbirdə ölkəmiz üçün iqtisadi sferada da qazanc əldə edə bilər”.


E.Allahverdiyev həmçinin qeyd edib ki, "Expo"nun əsas iqtisadi trendləri təmiz enerji texnologiyası, enerji, su, mikroelektronika, qabaqcıl materiallar və nəqliyyat sistemləri ilə bağlı fundamental araşdırmalara qarşılıqlı investisiya qoyuluşu, texnoloji əsaslı yerli qida istehsalıdır:


"Prezident İlham Əliyevin müasir iqtisadiyyatın bu sferalarına diqqətini nəzərə alsaq, iştirakçı şirkətlər və dövlətlərlə bu sahədə təmaslarda ciddi fayda əldə edə bilərik. Nəzərə alsaq ki, azad olunmuş torlaqlarımızda yeni texnologiyalar artıq tətbiq edilir, adıçəkilən sferalarda əməkdaşlıq ölkəmiz üçün ciddi maraq kəsb edir”.

OXŞAR XƏBƏRLƏR

Natiq Cəfərlinin atası Gürcüstanda vəfat etdi

ReAL sədri, iqtisadçı Natiq Cəfərlinin atası Mehman Cəfərov Gürcüstanda müalicə aldığı xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, bu bar...

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...