"Bu artımlar varlıların gözünə görünmür" - Nura Suri bahalılıqdan danışdı

"Marketlərdə qiymətlər çox qalxıb”.
 
Sfera.az bildirir ki, bunu müğənni Nura Suri deyib. O, mağazadan 24-25 manata aldığı məhsulun 30 manatı keçdiyini vurğulayıb:
"Bir-iki məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür. Zaman keçdikcə imkansız adamlara lap çətin olacaq. Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq”.

İfaçı kommunal xərclərin də artdığını əlavə edib və pensiya ilə yaşayan insanlara görə təəssüfləndiyini qeyd edib.

Türkan 
Sfera.az



OXŞAR XƏBƏRLƏR