Putin Paşinyana Qazaxıstandakı ermənilərlə bağlı hansı tapşırığı verib? - ŞƏRH

Putin Paşinyana Qazaxıstandakı ermənilərlə bağlı hansı tapşırığı verib? - ŞƏRH
"Rəsmi İrəvanın Qazaxıstanda baş verən hadisələrlə bu qədər yaxından maraqlanması, hətta həvəslə "sülhməramlı” göndərməsi təsadüfi deyil”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, Qazaxıstanda baş verən son hadisələrdən ən çox sevinən Ermənistan Baş naziri Nikol Paşinyandır:

"Paşinyan onsuz da 44 günlük müharibə zamanından bəri, Qazaxıstandan əvəz çıxmaq üçün fürsət gözləyirdi. Belə ki, həmin zaman o, Azərbaycanın Ermənistan ərazilərinə hücum etdiyini iddia etmiş və KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirərək təşkilatdan yardım istəmişdi. Ermənistanın bu tələbinə isə, başda Qazaxıstan olmaqla, Belarus və digər türk ölkələri qarşı çıxmışdı. Qazaxıstan bundan başqa, 44 günlük müharibə zamanı Azərbaycana dəstək nümayiş etdirmiş, KTMT-in ehtimal müdaxilə ssenarilərinin də qarşısını almışdı. İndi isə, Paşinyanın əlinə yaxşı fürsət düşüb və ondan maksimum istifadə etməyə çalışır”.

Politoloq Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün baş tutan telefon danışığına da toxunub. O, tərəflərin Qazaxıstandakı vəziyyəti müzakirə etdiyini, eyni zamanda, KTMT çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsi apardığını xatırladıb:
"Qazaxıstanda hazırda 40 mindən çox erməni əsilli vətəndaş yaşayır. Paşinyan Qazaxıstana 70 hərbçi göndərsə də, Kreml daha artığını istəyir. Mümkündür ki, Kreml sahibi Paşinyandan Qazaxıstandakı erməni əsilli vətəndaşların ixtişaşları daha da qızışdırması, hətta birbaşa iştirak etməsini istəsin. Onsuz da Kremlin mətbəxinin məhsulu olan Qazaxıstandakı "etirazlara” indi də Kremlin istəyi ilə ermənilərin də qarışması Putinin hədəflərinə biraz da yaxınlaşması deməkdir”.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR